Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub

07 mart 2018 | 16:00

     7 mart 2018-ci il tarixdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınların iştirakı ilə “Ülvi” şadlıq sarayında keçirilən tədbiri Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı  cənab Namiq Zeynalov açaraq iştirakçıları bayram münasibəti ilə təbrik etdi. Namiq Zeynalov 8 Mart Beynəlxalq Qadınlar gününün tarixi barədə məlumat verərək qeyd etdi ki, bu bayram dünyanın bir çox ölkələrində geniş qeyd olunur. Ulu öndər həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirmiş, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşmışdır. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün dünyaya sübüt edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər. Ana dünyada ən müqəddəs varlıqdır. Ona görə də biz ana vətən, ana torpaq deyirik.1998-ci ildə Ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin Qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə ölkəmiz Qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyaya qoşulmuşdur. Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm hərbiçi, həm ictimai-siyasi xadim, həm də qayğıkeş bir ana, vəfalı həyat yoldaşıdır.
     Tədbirdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuş rayon mərkəzi xəstəxanasının həkim-nevropatoloqu Gülər İsgəndərovaya RİH-başçısı Namiq Zeynalov tərəfindən təltif olunduğu medal təqdim edilmişdir.Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlara rayon icra hakimiyyətinin başçısının Fəxri fərmanları və qiymətli hədiyyələri verilmişdir.Tədbirdə iştirak edən qadınlar üçün bayram süfrəsi açılmış,rayon incəsənət ustalarının iştirakı ilə konsert verilmişdir.

Keçidlər