Şriftin ölçüsü :

Saytın rəngi :

Novruzun gəlişi Cəlilabadda böyük sevinclə qeyd olundu

17 mart 2018 | 16:00

Martın 17-də Cəlilabad Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Cəlilabad Olimpiya İdman Kompleksində Novruz bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilib.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,idarə-müəssisə təşkilatlarının əməkdaşları və rayon ictimayyiətinin nümayəndələri iştirak etmişdir.Rayon İcra hakimiyyətinin başçısı Namiq Zeynalov əvvəlcə milli adət ənənələrimizi özündə əks etdirən bayram tonqalını alovlandırıb, möhtəşəm bayram tədbirini açıq elan etmişdir. Tədbirdə Kosanın və Keçəlin məzhəkəli oyunları tamaşaçılara xoş ovqat bəxş edib.Milli paltar geyinmiş qızlar və oğlanlar musiqi sədaları altında yallı getmişlər.Mərasimdə rayonun idmançıları öz məharətlərini nümayiş etdirib, bədii özfəaliyyət kollektivləri bayram konsert proqramı ilə çıxış ediblər.Tədbir bayram konserti ilə davam etmişdir.  

Keçidlər