Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir

14 iyun 2018 | 16:00

İyunun 14-də Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 15 İyun-Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək abidənin önünə tər gül-çiçək dəstələri qoymuşlar.İştirakçılar Cəlilabad rayon uşaq incəsənət məktəbinin rəssamlıq şöbəsinin şagirdləri Əminə Əhmədova və Elmar Abdullazadənin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olmuşlar.Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Tədbiri giriş sözü ilə Cəlilabad RİH başçısı Namiq Zeynalov açaraq bayram təbriklərini iştirakçılara çatdırdı.Namiq Zeynalov 1993-cü il iyunun 15-dən ötən dövrdə Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə olunan uğurlardan danışıb. Namiq Zeynalov yaranmış ağır vəziyyətdə xalqın təkidli tələbi ilə Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlməsinin Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də sosial-mədəni qurtuluşunun əsasını qoyduğunu bildirib. Müstəqil inkişaf tariximizin məhz 15 iyun tarixindən başladığını vurğulayan RİH başçısı qeyd edib ki, güclü strateq, görkəmli siyasi xadim və cəsarətli rəhbər olan ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Milli Qurtuluş Günündən başlayan inkişaf yolumuz 2003-cü ildən yeni liderin rəhbərliyi ilə yeni yüksəliş mərhələsinə qədəm qoydu. Azərbaycanda bu gün Heydər Əliyevin əbədiyaşar ideyaları və siyasəti uğurla davam edir, dünyada gedən proseslər nəzərə alınmaqla keyfiyyətcə təkmilləşdirilir. Bakı-Tbilisi-Qars dəmir yolunun, TANAP boru kəmərinin istifadəyə verilməsi, Cənub Qaz Dəhlizinin açılışı kimi möhtəşəm tədbirlər Prezident İlham Əliyevin siyasi təntənəsi olmaqla yanaşı, Azərbaycanın region və dünya üçün geoiqtisadi əhəmiyyətini daha da artırır.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov bildirib ki, ulu öndər Heydər Əliyevin gənclərə diqqət və qayğısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 1993-cü ildə Azərbaycanın ən çətin vaxtlarında xalqın istəyi ilə hakimiyyətə gələn Ümummilli Lider gənclərin vətənpərvər ruhda tərbiyə edilməsinə, müasir biliklərə yiyələnməsinə böyük önəm verib, gənclər üçün əlverişli şəraitin yaradılması dövlət siyasətinin prioritetlərindən biri olub.Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonda Azərbaycan tarixində yeni və parlaq səhifə açılmışdır.
Tədbirdə YAP-Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı,Cəlilabad şəhər 8 saylı tam orta məktəbin direktoru Qərənfil Əhmədova ,Günəşli kənd 1 saylı tam orta məktəbin direktoru Kəramət Həsənov və ADPU-nin Cəlilabad filialının I kurs tələbəsi Mətanət Əzizova dövlətçilik tariximizə şərəfli və qürurverici səhifə kimi daxil olmuş 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıblar.
Tədbir axşam saatlarında Heydər Əliyev Mərkəzinin qarşısında respublikanın tanınmış incəsənt ustalarının konsert proqramı  ilə davam etmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər