Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad şəhərində növbəti səyyar qəbul-görüş keçirilmişdir

14 mart 2019 | 16:00

Martın 14-də Cəlilabad şəhər 3 saylı ümumi orta məktəbin iclas zalında Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov Cəlilabad şəhər sakinləri ilə səyyar qəbul-görüş keçirmişdir. Görüşdə Namiq Zeynalov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində son aylar imzaladığı fərman və sərəncamların icrasının nəticələrini hər bir ailə öz həyat şəraitində hiss edir.RİH başçısı  şəhid ailələrinə birdəfəlik müavinətlərin ödənilməsini, problemli kreditlər məsələsinin həllinə göstərilən köməklik dövlətin vətəndaşlarına əvəzsiz qayğısı yüksək qiymətləndirmişdir.Səyyar qəbul zamanı sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

 

 

 

 

Keçidlər