Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı qeyd olundu

28 mart 2019 | 16:00

28 mart 2019-cu il tarixdə  Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Dövlət Təhlükəsizlik  orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, DTX-nin Cəlilabad  rayon şöbəsinin kollektivi, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri  iştirak etmişdir.Tədbirin iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə tər güllər düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə DTX-nin Cəlilabad rayon şöbəsinin şəxsi heyətini  təbrik edib, ölkəmizin milli maraqlarının, mənafelərinin etibarlı təmin olunması və qorunması istiqamətindəki dəyərli fəaliyyətlərində uğurlar arzulayıb.Namiq Zeynalov xüsusi xidmət orqanlarının ötən dövr ərzində böyük və şərəfli inkişaf yolu keçdiyini bildirib. O, DTX-nın respublikanın inkişafında, təhlükəsizliyinin və sabitliyinin qorunmasında mühüm rol oynadığını vurğulayaraq, ölkəmizin davamlı və dayanıqlı inkişafından söz açıb. RİH başçısı bildirmişdir ki,  təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin ən böyük xidmətlərindən biri də siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmasıdır. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib. Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkəmizin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm və taleyüklü addımlar atır.DTX-nin Cəlilabad Rayon Şöbəsinin rəisi polkovnik Mehman Qasımov Azərbaycanın təhlükəsizlik orqanlarının keçdiyi uzun və şərəfli yol barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.Şərəfli və məsuliyyətli işlərində DTX əməkdaşlarına müvəffəqiyyətlər arzulayan digər natiqlər də onlara bayram təbriklərini çatdırıblar.Tədbirdə Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illik yubileyi münasibətilə xidmətdə fərqlənən DTX-nin Cəlilabad Rayon Şöbəsinin bir qrup əməkdaşları Cəlilabad Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub.Sonda iştirakçılar Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyinə həsr olunmuş filmə baxıblar.

 

 

 

 

 

 

 

 

 

Keçidlər