Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda Azərbaycan Respublikasının 10 milyoncu sakininin anadan olması münasibətilə ağaçəkmə kampaniyası keçirilib

07 aprel 2019 | 16:00

Azərbaycan Respublikasının həyatında çox əlamətdar hadisə baş verib, əhalinin sayı 10 milyon nəfərə çatıb.2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində Rauf Həsənovun və Nigar Ocaqovanın (Ağdərə rayonu sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkünlər) ailəsində ölkənin 10 milyonuncu sakini dünyaya gəlib. Doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir.

7 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikasının 10 milyoncu sakininin anadan olması münasibətilə Cəlilabad şəhəri, Qurtuluş küçəsində ağaçəkmə kampaniyası keçirilmişdir.Cəlilabad Rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin  birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı 850 ədəd şam və küknar ağaçları əkilmişdir. Aksiyada 650 nəfər iştirak edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər