Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 28 May-Respublika Günü qeyd olunmuşdur

27 may 2019 | 16:00

   28 May - Respublika Günü Cəlilabad rayonunda da silsilə tədbirlərlə qeyd olunmuşdur. Əlamətdar bayram ərəfəsində rayonun təhsil və mədəniyyət müəssisələrində, kitabxanalarda konfranslar, “dəyirmi masa”lar keçirilmiş, idman turnirləri təşkil olunmuşdur. Respublika Günü münasibətilə mayın 27-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində “dəyirmi masa” keçirilmişdir. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi parkındakı abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından bəhs edən sənədli film nümayiş olunmuşdur. Tədbirdə çıxış edən  Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Namiq Zeynalov Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın milli azadlığa, müstəqilliyə və demokratiyaya olan istək və arzularının məntiqi nəticəsi olduğunu bildirmiş, cəmi 23 ay yaşamış bu Cümhuriyyətin xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirdiyini, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdığını diqqətə çatdırmışdır. Natiq ötən əsrin sonunda ulu öndər Heydər Əliyevin böyük çətinliklər bahasına müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində apardığı müdrik siyasətdən geniş söhbət açmış, həmçinin bugünkü irəliləyişə nail olmağımızın səbəblərini qeyd etmişdir. O, Prezident İlham Əliyevin xalqımızın tərəqqisi naminə gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulamışdır. Dəyirmi masa iştirakçılarının diqqətinə çatdırılmışdır ki, Azərbaycan xalqı müstəqil yaşamaqda ümummilli lider Heydər Əliyevə borcludur. “Dəyirmi masa”da çıxış edənlər tariximizi bir daha vərəqləyərək cəmi 23 ay yaşayan AXC-nin müstəqil dövlət quruculuğu istiqamətində gördüyü işlərdən danışmışlar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər