Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Vətən müharibəsi iştirakçısı olan idmançılarla görüş keçirilib

05 mart 2021 | 16:00

Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayondakı Heydər Əliyev Mərkəzində Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar xüsusi karantin rejiminin qaydalarına əməl olunmaqla idman sahəsində yüksək nailiyyətlər qazanmış Vətən müharibəsi qaziləri və iştirakçılarından bir qrupu ilə görüş keçirilib.

Görüşdə çıxış edənlər Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əsgər və zabitlərimizin, o cümlədən Cəlilabaddan olan idmançı döyüşçülərin igidlik və qəhrəmanlıqlarından, ölkəmizdə müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıblar.

Vətən müharibəsinin qaziləri və iştirakçıları Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın düşmən tapdağından azad olunmasından fəxrlə, böyük qurur hissi ilə söhbət açıblar.

Görüşün sonunda Vətən müharibəsində şücaət göstərmiş cəlilabadlı idmançılardan bir qrupuna Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

 

 

 

 

Keçidlər