Şriftin ölçüsü :

Saytın rəngi :

“Dəmir Yumruq” filmi Heydər Əliyev Mərkəzində nümayiş olunub

24 aprel 2021 | 16:00

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla Real TV-nin təşkilatçılığı ilə lentə alınan “Dəmir Yumruq” sənədli filmi nümayiş olunub.Qeyd edək ki, filmdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan Vətən müharibəsində Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları zamanı ölkəmizdə yaşayan milli azlıqların nümayəndələrinin yumruq tək birləşərək göstərdikləri qəhrəmanlıq nümunələri əksini tapıb. Azərbaycanın cənubunda, şimalında, şərqində və qərbində yaşayan azsaylı xalqların gənc oğullarının Vətənin çağırışına necə sevgi ilə cavab verdiklərindən bəhs edən "Dəmir Yumruq” sənədli filmi icra hakimiyyətinin əməkdaşları tərəfindən maraqla izlənilib.Sənədli film xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla rayonun bütün idarə, müəssisə və təşkilatlarında nümayiş etdirilir.

 

 

 

 

 

 

 

 

Keçidlər