Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov şəhid Ağaşov Famil Vüqar oğlunun ailəsini ziyarət edib

19 sentyabr 2021 | 16:00

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid Ağaşov Famil Vüqar oğlunun doğum günü münasibətilə ailə üzvlərini yaşadıqları ünvanda ziyarət edib. Ziyarət zamanı RİH başçısı Rafiq Cəlilov şəhid ailəsinə başsağlığı vermiş, Vətən müharibəsində həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləmişdir. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci-vitse prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə şəhidlərə dövlət səviyyəsində verilən yüksək dəyərdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmışdır. Bu qayğının hər yerdə olduğu kimi Cəlilabad rayonunda da mütəmadi davam etdiriləcəyini vurğulamışdır.İcra başçısı bildirib ki, şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır. Şəhid adını uca tutmaq isə hamımızın vətəndaşlıq borcudur.İcra başçısı şəhid ailələsinin üzvlərini dinləyib, qayğı və ehtiyacları ilə maraqlanıb, onları maraqlandıran məsələlərlə bağlı ətraflı məlumat və izahatlar verdi.Şəhid ailəsi dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğıdan razı qaldığını bildirərək onlara göstərilən təşkilatı dəstəyə, maddi və mənəvi köməkliklərə görə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.Görüşdə şəhidin Vətən müharibəsinin ilk günündən ön cəbhədə vuruşduğu, döyüş meydanında böyük şücaət və cəsarət nümunələri göstərdiyi xüsusi qeyd olunub. Belə ki, 19 sentyabr 1998-ci Cəlilabad şəhərində anadan olan Famil Ağaşov İkinci Qarabağ müharibəsinin ilk günündən erməni qəsbkarlarına qarşı mübarizədə fəal iştirak etmiş, Füzuli, Xocavənd, Şuşa uğrunda döyüşlərdə xüsusilə fərqlənmiş, 2021 il noyabrın 8-də Şuşanın alınması əməliyyatında şəhid olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında fəal iştirak etdyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə Azərbaaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Famil Ağaşov ölümündən sonra  “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.Allah rəhmət etsin.

 

 

 

 

 

 

 

Keçidlər