Şriftin ölçüsü :

Saytın rəngi :

Kazımabad kənd tam orta məktəbinin əsaslı təmirdən sonra açılışı olmuşdur

21 sentyabr 2021 | 16:00

21 sentyabr 2021-ci ili tarixdə Kazımabad kəndində əsaslı təmir olunmuş 420 yerlik tam orta məktəb binasının açılışı olmuşdur. Açılış mərasimində Cəlilabad Rayon Icra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatı rəhbərinin müavini  Nərmin Hüseynova və digər şəxslər iştirak etmişlər. Tədbir iştirakçıları tədris ocağında yaradılmış şəraitlə tanış olublar.Müasir və işıqlı sinif otaqlarının olduğu məktəbdə təlim və tədrisin yüksək səviyyədə aparılması üçün bütün şərait yaradılıb. Məktəbin kitabxanası, fənn kabinələri, akt zalı, idman zalı müasir avadanlıqlarla təchiz edilib.Mərasim iştirakçıları təhsilə göstərilən daimi qayğı və diqqət üçün Prezident İlham Əliyevə, Birinci vitse Prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildirmişlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər