Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Şamo Kərimovun və İnam Baxşəliyevin xatirəsi ehtiramla anıldı

08 oktyabr 2021 | 16:00

  8 oktyabr 2021-ci il tarixdə böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan şəhid Kərimov Şamo Elman oğlunun və şəhid Baxşəliyev İnam Rasim oğlunun xatirəsi ehtiramla anılıb. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Milli Məclisin deputatı Malik Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri  və ictimaiyyət nümayəndələri şəhidlərimizin il mərasimlərində iştirak etmişlər. Mərasimlərdə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilmiş, ruhlarına dualar oxunmuş, onların döyüş yolu barədə söhbət açılmış və valideynlərinə dərin hüznlə başsağlığı verilmişdir. Allah bütün şəhidlərimizə rəhmət etsin!

 

 

 

 

 

 

 

Keçidlər