Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçılarına medalların təqdimat mərasimi keçirilib

18 oktyabr 2021 | 16:00

Oktyabrın 18-də Heydər Əliyev Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyətinin və  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə şəhid ailələri və qazilərlə görüş keçirilib. Görüşdə RİH başçısı Rafiq Cəlilov, şəhid ailələrinin üzvləri, hüquq mühafizə orqanlarının rəhbərləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dövlət himni ilə başlanan tədbirdə RİH başçısı Rafiq Cəlilov çıxış edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun şücaətindən söz açıb. Bildirib ki, güclü Azərbaycan Ordusu, rəşadətli əsgərlərimiz Ali Baş Komandanın əmrlərini yerinə yetirərək Azərbaycanın şanlı tarixini yazmışdır. Qələbənin qazanılmasında şəhidlərimizə, qazilərimizə və ümumilikdə Azərbaycan Ordusuna borcluyuq. Sonra şəhid ailələrinə, qazilərə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə verilən medallar təqdim olunub. Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər