Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib

08 noyabr 2021 | 16:00

Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan yürüş Heydər Əliyev adına parkdan başlamış və  Şəhidlər Xiyabanında başa çatmışdır. Yürüş iştirakçıları Şəhidlər Xiyabanında ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhid olmuş igid həmyerlilərinin xatirəsini ehtiramla anıblar. Zəfər yürüşü Ulu Öndərin adını daşıyan seyrəngahda musiqili mərasimlə davam edib. Mərasimdən sonra 8 Noyabr – Zəfər Günü münasibətilə Cəlilabad şəhərində ağacəkmə aksiyası keçirilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər