Şriftin ölçüsü :

Saytın rəngi :

MÖHTƏRƏM PREZİDENT, CƏNAB ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVƏ

24 dekabr 2021 | 16:00
    Möhtərəm Prezident! Müstəqil Azərbaycan Sizin rəhbərliyiniz altında ciddi uğurlara imza atmış, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlamışdır. Bu,Sizin tərəfinizdən məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.
   Sizin siyasi müdrikliyiniz, qətiyyətiniz, cəsarətiniz milli maraqlara sədaqət nümunəsidir. Ötən illər ərzində aparılan uzaqgörən daxili  və xarici siyasət potensialınız çox çətin sınaqlardan çıxmışdır. Siz dahi dövlət xadimi Heydər Əliyevin dərindən-dərinə ölçüb-biçərək uzun müddət üçün hazırladığı və heç bir alternativi olmayan xarici siyasət strategiyasını zərgər dəqiqliyi ilə həyata keçirirsiniz. Bu yolda ağır çətinliklərlə qarşılaşmısınız, lakin yolunuzdan dönməyib qələbə çalmısınız. Bəzi dövlətlər Heydər Əliyevdən sonra Azərbaycanı asılı vəziyyətə salmaq üçün yeni-yeni cəhdlər göstərsələr də, Sizin qətiyyətli, prinsipial və cəsarətli gedişləriniz  nəticəsində geri çəkilməyə məcbur olmuşlar.
      Dövlət başçısı kimi siyasətdəki uğurlarınızın əsas səbəbi budur ki, Siz müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələdsiniz, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri qabaqcadan görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün hazırlaya bilirsiniz.  Azərbaycan xalqının böyük xoşbəxtliyidir ki, Siz bugünkü sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində uğurla saxlaya bilir, müasir, çevik və cəsarətli dövlət xadimi kimi, sürətlə baş verən dəyişikliklərdən Vətənin və xalqımızın xeyrinə məharətlə istifadə etməyi bacarırsınız.
     Cənab Prezident! Bütün cəlilabadlılar hesab edir ki, Siz  ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi, müstəqil Azərbaycanın tərəqqisi və yüksəlişi naminə müstəsna xidmətlər göstərir, müdrik daxili və xarici siyasət aparırsınız. Məhz Sizin diqqət və qayğınız sayəsində respublikamızın  inkişafı sürətlənir. Təbii ki, bu tərəqqi, inkişaf Cəlilabadda da göz önündədir. Xüsusilə son vaxtlar rayonda tikinti, abadlıq-quruculuq işləri geniş vüsət alıb, istehsal və sosial obyektlər nizama salınır, yeni iş yerləri açılır, sahibkarlıq inkişaf etdirilir. Yolların abadlaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması, elektrik təsərrüfatının yaxşılaşdırılması tədbirləri davam etdirilir. Respublikada ərzaq bolluğu yaratmaq üçün kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi torpaq sahiblərində işə həvəsi gücləndirir.
     Hörmətli cənab Prezident! Bütün sadalananlar Sizin adınızla bağlıdır və cəlilabadlılar bunu həmişə olduğu kimi, yüksək qiymətləndirirlər. Siz bütün təşəkkürlərə layiqsiniz!
      Bütün cəlilabadlılar adından Sizi doğum gününüz münasibətilə  ürəkdən təbrik edirik.
      Ad gününüz mübarək!
 
 
Keçidlər