Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda şəhid ailələrinə, qazilərə orden və medallar təqdim olunub

30 dekabr 2021 | 16:00

Cəlilabad Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin birgə təşkilatçılığı ilə Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində şəhid ailələri və qazilərlə görüş təşkil edilib. Görüşdə müharibə qəhrəmanlarına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə verilən orden və medallar təqdim olunub.Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun şücaətindən danışıb. Bildirib ki, qısa müddət ərzində Azərbaycan Ordusu 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı düşmən tapdağından azad edib. Azərbaycan Ordusu arsenalında olan ən müasir silahlarla faktiki olaraq Ermənistan ordusunu darmadağın edib. Diqqətə çatdırıb ki, Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Azərbaycan Ordusu nəinki Cənubi Qafqazın, dünyanın ən peşəkar orduları sırasına yüksəlib.Daha sonra Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tərəfindən Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların ailə üzvlərinə, həmçinin müharibə iştirakçılarına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə verilən orden və medallar təqdim edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər